Lider TV

Ana olmağa hazırlaşan Şakira konsert verdi


Konsertə əvvəlcə qonaq qismində «Qrammy» mükafatı laureatı olan Meloni Fyona çıxış edib. Daha sonra isə səhnəyə Şakira çıxıb. Azərbaycanlı tamaşaçıları salamlayan müğənni bu gecəyə tək gəlmədiyini deyib. «Xüsusi kompaniya ilə gəldim və oğlum bu möhtəşəmliyi hiss edir. Bilir ki, mən tərpənmədən dayana bilmərəm. Amma bu gecə ehtiyatlı olmağa çalışacam. Bu səhnədə çıxış etməyimdən çox məmnunam və həyacanlıyam. Deyə Şakira tamaşaçılarına səsləndi. 50 dəqiqə ərzində səhnədə olan Şakira repertuarında olan hit mahnılarını ifa etdi. Yaxın vaxtlarda ana olmağa hazırlaşan dünya şöhrətli müğənninin bu konserti polastika, performans baxımından digər konsertlərindən heç də fərqlənmədi.




13:00 / 15.10.2012     Çap et  Çap et