Lider TV

Azərbaycan pəhləvanları möhtəşəm çıxış etdi


Taylandın Pattaya şəhərində keçirilən gənclərin güləş üzrə dünya çempionatında Yunan-Roma yarışları Azərbaycan pəhləvanlarının möhtəşəm uğuru ilə yadda qalıb. Böyük məşqçi İlqar Abdulov və məşqçi Fuad Əliyevin rəhbərliyi altında Taylanda yollanan yığmamızın üzvlərindən 50 kq-da Murad Bazarov, 55-də Eldəniz Əzizli və 66 kq çəki dərəcəsində Ceyhun Əliyev keçirdikləri bütün görüşləri qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. 120 kq çəkili güləşçimiz Zaur Mehrəliyev isə bürünc medala layiq görülüb. Bu 4 medal, eyni zamanda 9-cu yeri tutan 74 kq çəkili Şamil Ertuqanovun millimizə qazandırdığı 2 xal yığmamızın 40 xalla komanda hesabında 1-ci yeri tutmasını təmin edib. 2-3-cü yerləri isə 38 xalla müvafiq olaraq Rusiya və Türkiyə komandaları bölüşüblər. Bu gün dünya çempionatında gənc qızlar mübarizəyə başlayıb.




16:00 / 06.09.2012     Çap et  Çap et