Lider TV

Ata oğlunu bıçaqlayıb


Kürdəmir rayonunda ata oğlunu bıçaqlayıb. Bölgə müxbirimizin verdiyi məlumata görə rayonun Çəyli kənd sakini Bağırov Valid Ağamirzə oğlu televizora baxan zaman oğlu Bağırov Xalid pultu götürərək kanalı dəyişib. Bundan qəzəblənən ata yaxınlıqdakı bıçağı götürərək oğlunu bıçaqlayıb. Hadisədən sonra 17 yaşlı Xalid ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlər yaralının üzərində cərrahiyyə əməliyyatı aparıb və yaralının həyatı üçün yaranmış təhlükə sovuşub.




19:00 / 09.08.2012     Çap et  Çap et