Lider TV

Salyanda dəhşətli qətl


Salyanda dəhşətli qətl hadisəsi baş verib. Arbatan kənd sakini 26 yaşlı Xəlil Hüseynov həyat yoldaşını və bir qohumunu qətlə yetirib. Bundan başqa daha bir qohumunu bıçaqla ağır yaralayıb. Hadisə günorta saatlarinda Arbatan kəndində baş verib. Xəlil Hüseynov həyat yoldaşı Kübra Hüseynovu öldürərək, həyətindəki bağa atib. Ardinca bacisinin yoldaşi 37 yaşlı Zaur Gözəlovu və həyat yoldaşının xalası oğlu 26 yaşlı Cəlal Baxışovu bıçaqlayib. Hər iki yarali xəstəxanaya çatdırılsa da 6 bıçaq yarasi alan Zaurun həyatını xilas etmək mümkün olmayıb. Xəlil Hüseynovu sakit təbiətli insan kimi tanıdıqlarını deyən zərərçəkmişlər deyir ki, Xəlillə aralarında indiyədək hər hansı narazılıqları olmayıb. Faktla bağlı Salyan rayon prokrorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi qaldırılıb. Istintaq aparlır.




19:00 / 27.07.2012     Çap et  Çap et