Lider TV

«Yay məktəbi» davam edir


«Yay məktəbi»nin növbəti mərhələsi Oğuz rayonunda baş tutub. Yeni Azərbaycan Partiyası gənclər birliyinin təşkil etdiyi tədbirdə partiyanın üzvü olan yüzlərlə fəal gənc iştirak edib. Burada iştirak edən gənclər həm Bakı şəhərini, həmdə bölgələri təmsil edib. Layihə gənclərin həm asudə vaxtlarını səmərəli keçirməsi, həm də bir-birləri ilə yaxından tanış olmasına şərait yaradır. Həmçinin gənclər üçün intelektual və əyləncəli yarışlar da təşkil olunub. Eyni zamanda yay məktəblərində partiyanı təmsil edən deputatlar, milli məclisin komitə sədrləri, eləcə də hökumət nümayəndələri ilə gənclərin görüşü təşkil olunub. Müxtəlif mövzularda müzakirələr aparılıb, gəncləri maraqlandıran suallar cavablandırılıb.




19:00 / 26.07.2012     Çap et  Çap et