Lider TV

Fövqəladə Hallar naziri zəlzələ bölgəsində olub


Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov zəlzələ nəticəsində evlərə və infrastruktura ciddi ziyan dəymiş Qax, Zaqatala və Balakən rayonlarında aparılan tikinti işləri ilə tanış olub. Nazir əvvəlcə zəlzələnin episentirinə yaxın olan Güllük kəndində olub. Burada tikilməkdə olan orta məktəb binasına və hazırda tikinti işləri aparılan evlərə baş çəkib. Sonra isə nazir Zaqatala rayonuna gəlib və burada Gözbarax kənd orta, Zaqatala şəhər 2 saylı məktəblərində tikintinin gedişatı ilə maraqlanıb. Nazir həmçinin Balakən rayonunun Katex kənd orta məktəblərində aparılan tikinti işləri ilə də tanış olub. Tikintinin gedişindən razı qaldığını bildirən nazir havalar əlverişli keçərsə aparılan işlərin vaxtında başa çatdırılacağını bildirib.




19:00 / 23.07.2012     Çap et  Çap et