Lider TV

Qoruğun ərazisində narkotik tərkibli bitkilər aşkarlandı


Balakən rayon polis şöbəsinin əməkdaşları Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşları ilə birlikdə əməliyyat keçirib. Əməliyyatda qoruğun ərazisində yabanı və xüsusi üsülla əkilmiş narkotik tərkibli bitkilər tapılaraq məhv edilib. Sözügedən tədbir nəticəsində Zaqatala Dövlət Təbiət Qoruğunun Balakən rayonunun Gərəkli kəndində dağlıq hissədə hələlik istintaqa naməlum şəxs tərəfindən xüsusi kultivasiya yolu ilə əkilmiş 730 ədəd narkotik tərkibli bitki hesab edilən çətənə kolu aşkar edilib. Ərazidə aparılan axtarış vaxtı müvəqqəti yaşayış üçün sığınacaq da aşkar olub. Sığınacağa baxış zamanı 16 çaplı ov tüfəngi və darağ, həmin tüfəng üçün 14 ədəd patron aşkar edilərək götürülüb. Faktla bağlı Balakən rayon polis şöbəsinin təhqiqat qrupunda araşdırma aparılır.




19:00 / 23.07.2012     Çap et  Çap et