Lider TV

Ermənistan ordusunda kütləvi aclıq aksiyası başlayıb


Ermənistan ordusunda kütləvi aclıq aksiyası başlayıb. Buna hərbi xilmətdə müxtəlif xəstəliklərə yoluxan əsgərlərin vaxtında müalicə olunmaması səbəb olub. 51 gün əvvəl məhz bu səbəbdən aclığa başlayan əsgər Suren Kirakosyan ağır vəziyyətdə hospitala yerləşdirilib. Valideynləri bildirib ki, hərbi xidmətə başlayandan 24 gün sonra Kirakosyanda ağır dəri xəstəliyi aşkarlanıb. Onun tibbi yardımla bağlı müraciətləri rədd edilib və bunun əvəzində o, cəzalandırılıb. Buna etiraz olaraq əsgər aclıq aksiyana başlayıb. Ermənistan ordusunda belə halların çoxluq təşkil etdiyini deyən zərərçəkənin valideynləri bir neçə hərbçinin də aclıq aksiyasına başladığını bildiriblər.




09:00 / 29.05.2012     Çap et  Çap et