Lider TV

Avropalı jurnalistlər Bakının hazırlığını yüksək qiymətləndirir


Avroviziya mahnı müsabiqəsinin iştirakçıları «Bakı kristall holl»-un səhnəsində məşqlərini davam etdirir. Bakıda yaşanalar Avropa mətbuatının diqqət mərkəzində olan əsas mövzulardır. Avrovoviziya mahnı müsabiqəsinin birinci yarımfinalının 18 iştirakçısı "Bakı kristal holl”-un səhnəsində ikinci məşqinə çıxdı. Montoneqro, İslandiya, Belçika, Danimarka, Yunanıstan və digər ölkələrin təmsilçiləri əsas çıxışa hazırlıqlarını davam etdirdi.
Cristal hollun səhnəsində artıq ikinci dəfə məşq edən Greta və Consi İslandiyanın bu ilki təmsilçiləridir. Onlar yarışmaya romantik bir mahnı ilə qatılıblar. Cütlük müsabiqədə ugur qazanacağına inanır.
Birinci yarımfinalın 13 iştirakçısı bu gün, 5-i isə sabah səhnəyə çıxacaq. Məşq prosesində və ümumiyyətlə, Bakıda yaşananları əcnəbi jurnalistlər diqqətlə izləyirlər. Avroviziya Mətbuat Mərkəzindən hər gün Avropanın müxtəlif nüfuzlu kütləvi informasiya vasitələrinə yüzlərlə informasiya ötürülür. Media mənsubları yaradılmış şəraitdən maksimum yararlanaraq bütün xəbərləri operativ şəkildə yayırlar.
Reportajlarda Azərbaycanın bu mötəbər yarışa yüksək səviyyədə hazırlığı və Bakının əsrarəngiz gözəlliyi xüsusi qabardılır.




19:00 / 17.05.2012     Çap et  Çap et