Lider TV

Bakı-gözəlliklər şəhəri


«Avroviziya-2012» mahnı müsabiqəsinin keçrilməsi ilə əlaqədar ölkəmizə turistlərin axını artır. Bakının gündüzlər olduğu kimi gecələridə əcnəbi qonaqları heyran qoyub. Bakı dəyişir. Lakin bu dəyişikliklər arasında müasirliklə yanaşı kökə bağlılıq da aydın seçilir. Xüsusi ilə Avroviziya ilə bağlı dəyişikliklər paytaxtımızı daha cəzibədar daha da arzuolunan etməklə yanaşı həmdə qədim şəhər ənənəsinin tərənnümüdür. İşıqlı küçə və prospektlər su çilənmiş daş döşəmələr, yaşıllığın ətri və əlbətdə ki möhtəşəm musiqi yarışmasının atributları. Bakıya musiqi yarışmasında öz təmsilçilərini dəstəkləməyə gələn və sadəcə olaraq paytaxt ilə daha da yaxından tanış olmaq istəyən əcnəbilər də az deyil. Musiqi yarışmasının finalına artıq 9 gün qalıb. Bu 9 gün ərzində hələ ölkəmizə minlərlə turistin gələcəyi gözlənilir. Deməli paytaxt Bakı hələ çoxlarını öz gözəlliyi ilə heyran qoyacaq.




09:00 / 17.05.2012     Çap et  Çap et