Lider TV

Bakıda Avroviziya həyəcanı başladı


Avroviziya həyəcanı getdikcə artır. Şouların baş tutacağı “Baku crystal hall” – səhnəsində məşqlərə start verilib. Bundan başqa musiqi yarışmasını işıqlandırmaq üçün dünyanın müxtəlif ölkələrindən çoxsaylı jurnalistlər Azərbaycana gəlir. Artıq onların istifadəsi üçün nəzərdə tutulmuş mətbuat mərkəzi də fəaliyyətə başlayıb. Avroviziya 2012-i mahnı müsabiqəsi mətbuat mərkəzi jurnalistlərin istifadəsinə verildi. Mətbuat mərkəzi dizaynı, jurnalistlər üçün yaradılmış şəraiti ilə seçilir. Jurnalistlərin ixtiyarinda xüsusi yaradilmiş radio otaqları, təmsilçilərdən müsahibələr üçün ayrılmış otaqlar dizaynı, mətbuat konfransi zalının tərtibatı və digər özəllikləri ilə seçilir. Həmkarlarımızın fovarit saydığı mahnılar da var. Nəhayət gözlənilən an çatdı. «Avroviziya 2012» mahnı müsabiqəsinin keçiriləcəyi səhnədə məşqlərə start verildi. Bakı səhnəsində ilk məşqi Montoneqro təmsilçisi gerçəkləşdirdi. Rambo Amadeus və qurupunun ardından növbə ilə İslandiya, Yunanıstan, Latviya, Albaniya, İsveçrə Belçika və digər ölkələrin təmsilçiləri səhnədə ilk məşqlərini etdilər. Yeri gəlmişkən şounun ən vacib detalarından biri qrin rumla bağlıdır. Belə ki, qrin rum ənənəvi olaraq pərdə araxasında deyil, tamaşaçıların əyləşdiyi zalda yerləşdirilib. Bu isə «Avroviziya» tarixində təmsilçilərlə fanatların ən yaxın olduğu səhnə quruluşudur. Sonra mətbuat konfranslarına start verildi. Özünəməxsusluğu ilə seçilən Latviya təmçilçinin mətbuat konfransı xüsusi ilə fərqləndi. Belə ki, o tamaşaçılara və mətbuat nümayəndələrinə bir sürprizinin olduğunu açıqladı. Latviya təmsilçisinin vəd etdiyi sürpriz həqiqətən də gözlənilməz oldu. Anmarinin Azərbaycan dilində oxuduğu «Sarı gəlin» xalq mahnımız ayaq üstə alqışlandı. Onu da qeyd edək ki, ötən gündən Bakıda Evroklubda fəaliyyətə başlayıb. Yarışma iştirakçılarının əyləncələrini təmin etmək məqsədi ilə yaradılan bu mərkəz genişliyi və özünəməxusluğu ilə seçilir.




16:00 / 14.05.2012     Çap et  Çap et