Lider TV

«Avroviziya-2012» yeniliklərlə fərqlənəcək


Bakıda keçiriləcək Avroviziya mahnı müsabiqəsinə sayılı günlər qalıb. Artıq «Bakı kristal zal»-ında səhnə, işıq effektləri və televiziya avadanlıqları quraşdırılıb. «Avroviziya» dünyanın 50-dən çox ölkəsində 100 milyondan çox izləyicisi olan möhtəşəm şoudur. Miqyasına görə olimpiya oyunları ilə müqayisə edilən Avroviziya mahnı müsabiqəsi 40-dan çox ölkənin iştirak etdiyi və səhnə arxasında min nəfərdən artıq insanın çalışdığı bir yarışmadır. Artıq «Bakı kristal zalı»-ında, işıq efektləri, və televiziya avadanlıqları quraşdırılıb. Zalda istifadə olunan işıqlandırma sistemi, 2500-dən çox proyektor, 90 konteynerlik naqil Almaniya istehsalıdır. Zal daxilindəki işıq diod texnologiyası və video kamera sistemi isə Avropanın müxtəlif şəhərlərindən gətirilib. «Bakı kristal zalı»-nın səhnəsində işıq-diod ekranları yerləşdirilib. Bu ekranlarda 42 ölkənin təmsilçisinin səhnədəki çıxışına uyğun görüntülər yayımlanacaq. Ən son texnologiyalardan istifadə olunan zaman yeniliklər də istisna olmayacaq. Səhnə və podiumları 3 d formatında təqdim olunan «Bakı kristal zalı»-nda həm də Bakının gecə mənzərəsi ekranlara gətiriləcək. «Bakı kristal zalı» həm səhnə, həm də «Green room» baxımından fərqlənir. Green room pərdə arxasında deyil, tamaşaçıların əyləşdiyi zalda yerləşdirilib. Bu, Avroviziya mahnı müsabiqəsinin tarixində təmsilçilərlə fanatların ən yaxın olduğu səhnə quruluşudur. Bir sözlə, Bakı Avropaya möhtəşəm şou vəd edir.




13:00 / 12.05.2012     Çap et  Çap et