Lider TV

Foto müsabiqənin nəticələri açıqlanıb


Bakının 2020-ci il yay olimpiya oyunlarına iddiaçı şəhər olmasına həsr edilən foto müsabiqənini nəticələri açıqlanıb. Müsabiqəyə 100 dən çox fotoqraf qatılsada onlardan 4 nəfərinin əməyi qiymətləndirilib. «Biz birlikdə bacarırıq» şüarı altında keçirilən fotomüsabiqəyə yüzdən çox iştirakçı, 500 şəkil təqdim edib. Onlardan 100 iş sərgi üçün seçilib. 4 fotoqraf isə mükafat və diplomlarla təltif edilib. Qaliblər təkcə paytaxt sakinləri deyildi. Onların içərisində Balakən rayonundan müsabiqəyə qatılaraq qalib olan da var idi. Gənclər və idman nazirini müavini İntiqam Babayev bildirdi ki, hər il nazirlik ölkənini mədəni və tarixi irsinə həsr edilmiş bir çox tədbir və müsabiqələr keçirir. Bu dəfə ki, müsabiqədə Bakı 2020 yay olimpiya oyunlarına həsr edilib. Ümid edirik ki, bu möhtəşəm idman tədbiri Azərbaycanda keçiriləcək. Qeyd edək ki, Bakı 2020 yay olimpiya oyunlarının ölkəmizdə keçrilməsi üçün 500 min vətəndaşın imzası toplanıb. İmzalar Beynalxalq Olimpiya Komitəsinə göndərilib. Bakı ilə yanaşı Madrid, İstanbul və Tokio da 2020-ci ildə yay olimpiya oyunlarına ev sahibliyi etməyə iddialıdır. May 23 -də olimpiya oyunlarının keçirilməsinə namizəd ölkələrin adları açıqlanacaq.




09:00 / 02.05.2012     Çap et  Çap et