Lider TV

Samuxda ağacəkmə aksiyası keçirilib


Oftalmoloq alim Zərifə Əliyevanın 89-cu ildönümü ilə əlaqədar Samuxda ağacəkmə aksiyası keçirilib. Kür yolu adlanan ərazidə kesirilən aksiyaya qatılan samuxlular 5 hektar sahədə 5 mindən çox ağac, yerli iqlimə uyğun olan eldar şamı əkiblər. Rayon ictimaiyyəti həmçinin ərazini zibil qalıqlarından təmizləyərək, ağaclara qulluq göstəriblər. Tədbir çərçivəsində rayonun tibb işçilərinin iştirakı ilə akademik Zərifə Əliyevanın həyat yoluna həsr edilən konfrans da keçirilib. Görkəmli alimin zəngin elmi irsi, oftalmologiya elminin inkişafına verdiyi töhfələr, gənc nəsilə örnək olduğu vurğulanıb.




13:00 / 28.04.2012     Çap et  Çap et