Lider TV

Gəncədə əmək yarmarkası keçirilib


Gəncədə növbəti əmək yarmarkası keçirilib. İşaxtaranlara 94 idarə, müəssisə və təşkilat tərəfindən 750-yə yaxın boş işyeri təklif olunub. İş yerlərindən 53-ü dövlət,41-i özəl təşkilatların payına düşür. Bu iş yerlərin də də əmək haqqı 390 -416 manat arasında dəyişir. Yarmarkada iştirak edən vətəndaşlardan 50-si öz istəyinə və ixtisasına uyğun işə göndəriş vərəqəsi alıblar. İşə göndərilənlərin 80 faizi gənclər olub. Onlar əsasən informasiya texnologiyaları sahəsində işlə təmin olunublar.




16:00 / 27.04.2012     Çap et  Çap et