Lider TV

İlk rüb müzakirə edildi


Lənkəranda 2012-ci ilin ilk rübünə dair hesabat yığıncağı keçirilib. Tədbirdə rayonun sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən işlər və görülməsi zəruri olan məsələlər müzakirə edilib. Bildirilib ki, ötən üç ayda iqtisadiyyatın bütün sahələri üzrə artım müşahidə olunub, rayonda yeni iş yerləri açılıb. Rayon iqtisadiyatının və sosial sferanın inkişafına 8.7 milyon manat investisiya yönəldilib. Toplantıda bunlarla yanaşı, nöqsanlara da toxunulub. Bildirilib ki, rayonda elektrik enerjisi verilişində problemlər var. Qazlaşdırma işi lazımi səviyyədə deyil. Həmçinin mədəniyyət mərkəzinin, mərkəzi xəstəxananın, şahmat məktəbinin inşası və ya əsaslı təmirinə ehtiyac olduğu vurğulanıb. Rayonda məişət tullantılarının zərərsizləşdirilməsi üçün karyerin yaradılmasına göstəriş verilib. Lənkəranın kənddaxili yollarının təmiri üçün ölkə başçısının sərəncamı ilə 6 milyon manat vəsaitin ayrıldığı da yığıncaq iştirakçılarının diqqətinə çatdırılıb.




13:00 / 25.04.2012     Çap et  Çap et