Lider TV

Canavarlar bu dəfə 12 qoyunu parçaladı


Son günlər yaşayış məntəqələrindəki şəxsi təsərrüfatlara canavarların hücumu adi hal alıb. Yırtıcılar bu dəfə Qubanın Səbətlər kəndinə hucum edib. Canavarlar kənd sakini Elşad Qurbanova məxsus 55 baş xırda buynuzlu heyvanın saxlanıldığı yerə soxulub. Yırtıcılar qoyunlardan 8-ni parçalayıb, 4-nü isə yaralıyıb. Canavaların hücumu zamanı canını qurtarmaq üçün qaçan 4 qoyun isə itib. Əraziyə Quba Baytarlıq İdarəsinin əməkdaşları baxış keçirib. Qoyunların saxlandığı yer dezinfeksiya edilib. Yaralı və sağ qalan heyvanlara isə vaksin vurulub. Zərərçəkənin dediyinə görə, o, həmin qoyunları bankdan götürdüyü kredit hesabına alıb. Dəymiş ziyanla bağlı kompensasiyanın ödənilməsi üçün Elşad Qurbanov artıq rayon icra hakimiyyətinə müraciət edib. Kənd sakinləri isə yırtıcıların yenidən kəndə hücum çəkəcəyindən narahatdırlar. Canavaların ovlanması qadağan edildiyində onlar nə edəcəklərini bilmirlər.




13:00 / 24.04.2012     Çap et  Çap et