Lider TV

Narkotik alverçisi yaxalandı


Cəlilabad polisi narkotik vasitələrin alveri ilə məşğul olan rayon sakini 45 yaşlı Ehtiram Verdiyevi həbs edib. Əməliyyat məlumatı əsasında polis özünü şübhəli aparan Ehtiramı yoxlamaq istəsə də, o qaçaraq əhalinin daha çox olduğu yerdə – bazarda gizlənib. Buna baxmayaraq şübhəli şəxsi yaxalamaq mümkün olub. Onun üzərində olan və qaçarkən atdığı 100 qram narkotik vasitə, heroinin yeri də müəyyənləşdirilərək götürülüb. İlkin dindirmə zamanı ehtiram narkotik vasitənin ona aid olduğunu təsdiqləyib. Hazırda istintaq onun əlaqələrini araşdırır.




13:00 / 24.04.2012     Çap et  Çap et