Lider TV

Lənkəranda regional təlim keçirilib


Respublika Gənclər Debat Forumunun növbəti regional təlimi Lənkəranda keçirilib. Debatın bu dəfəki mövzusu «Regionların sosial-iqtisadi inkişafı dövlət proqramında gənclərin rolu özünü doğruldur» olub. İntellektual yarışmaya cənub və aran bölgələrinin12 rayonunu təmsil edən 40 komanda üzrə ümumilikdə 150 gənc qatılıb. Turnirin məqsədi gənclərin natiqlik qabiliyyətinin inkişaf etdirilməsi, intellektual səviyyəsini, dünya görüşünü stimullaşdırmaqdır. Finalda Biləsuvar komandası intellekt yarışmasının qalibi olaraq respublika turunda iştirak hüququ qazanıb. Qadınlar arasında futbol üzrə dünya çempionatı «Azərbaycan 2012»-nin yerli təşkilat komitəsi də forumun keçirilməsinə dəstək verir. Məqsəd foruma qatılan minədək gəncin arasından könüllülərin seçilməsidir.




16:00 / 23.04.2012     Çap et  Çap et