Lider TV

Naxçıvanda zona birinciliyi keçirilib


Naxçıvanda «Şahin» hərbi idman oyunlarının zona birinciliyi keçirilib. «N» saylı hərbi hissənin bazasında təşkil olunan yarışda 9 komanda müabrizə aparıb. Oyun orta məktəblərin 9-11-ci sinif şagirdləri arasında müxtəlif mərhələlərdə keçirilib. Daha çox çeviklik və cəldlik nümayiş etdirənlər qalib olub. Birinci yerə naxçıvan şəhər 15 saylı orta məktəbi, ikinci yerə Kəngərli tam orta məktəbi, 3-cü yerə isə Şahbuz məktəblilərindən ibarət komanda çıxıb. İlk iki yeri tutan komanda may ayında Bakı şəhərində keçiriləcək «Şahin» hərbi idman oyunlarının respublika final mərhəlsində Naxçıvanı təmsil edəcək.




13:00 / 21.04.2012     Çap et  Çap et