Lider TV

Kənd canavarların hücumuna məruz qalıb


Xaçmaz rayonunun Hacıəlibəy kəndi canavarların hücumuna məruz qalıb. Yırtıcılar kənd sakini Şahmurad Gülbalayevə məxsus təsərrüfata soxularaq 8 baş qoyunu parçalayıb. Rayon Baytarlıq İdarəsi tərəfindən həmin qoyunların cəsədləri dərmanlandıqdan sonra yandırılıb. Canavarların qoyunları parçaladığı yer, tövlə və həyət dezinfeksiya edilib. Yaşayış məntəqəsindəki itlərə isə quduzluğa qarşı vaksin vurulub.




19:00 / 20.04.2012     Çap et  Çap et