Lider TV

Su-kanalizasiya sistemi yenidən qurulacaq


Xaçmaz və Qusar şəhərlərinin su-kanalizasiya sistemi yenidən qurulacaq. Hər iki rayonda layhənin təməlqoyma mərasimi keçirilib. Plana əsasən Xaçmazda 4 ədəd su anbarı inşa ediləcək. Qusarda isə Qusarçayın məsrasında drenaj tipli suqəbuledici qurğu və 3 su anbarı tikiləcək. Həmçinin, anbarlararası qidalandırıcı su xətti və xlorid qurğusu daxil olmaqla, yeni xlorid binasının inşası nəzərdə tutulur. Bundan əlavə hər iki rayonda yeni su və kanalizasiya xətləri çəkiləcək, nasos stansiyaları tikiləcək. Yığılan çirkab suları isə xaçmaz rayonu ərazisində inşa ediləcək sutəmizləyici qurğuda emal olunacaq. Xaçmaz və Qusarla yanaşı, Qubadan axıdılan çirkab sular da bu təmizləyici qurğuya nəql ediləcək. Bütün bu işlər isə Azərbaycan hökuməti ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında imzalanmış sənədə əsasən ayrılan 400 milyon ABŞ dolları hesabına görüləcək.




13:00 / 20.04.2012     Çap et  Çap et