Lider TV

Dələduzluqla məşğul olan mütəşəkkil dəstə saxlanılıb


Yevlax polisi və Vergilər Nazirliyi 11 saylı ərazi vergilər idarəsinin birgə apardığı əməliyyat tədbirləri nəticəsində dələduzluqla məşğul olan mütəşəkkil dəstə saxlanılıb. Gəncə şəhər sakinlərindən ibarət olan dəstəyə Gəncə Dövlət Texniki Universtetinin keçmiş kafedra müdiri, texniki elmlər doktoru, professor başçılıq edirmiş. Yevlax polis şöbəsi və 11 saylı ərazi vergilər idarəsinə sahibkarlarlardan dələduzluq yolu ilə pul alan şəxslər barəsində şikayət daxil olub. Araşdırmalar nəticəsində müəyyənləşib ki, dəstə üzvləri sahibkarlıq fəaliyyəti ilə məşğul olan insanlara özlərini Vergilər Nazirliyinin vergilərə nəzarət idarəsinin əməkdaşları kimi təqdim ediblər. Yevlax, tərtər, şəki və digər ətraf rayonlardakı bir sıra obyektlərdə dırnaqarası təftişlər aparan kiçik qüsur və çatışmazlıqları bəhanə gətirərək sahibkarlardan pul alıblar. Hər üç şəxs saxlanıldıqda onlardan «Dövlətin yaşadılması» adlı qəzetin vəsiqələri aşkarlanıb. Qeyd edək ki, Akif Rzayev həmin qəzetin baş redaktorudur. Elm adamının rəhbərlik etdiyi mütəşəkkil dəstənin üzvlərindən biri isə elə professorun öz oğludur. 11 saylı ərazi vergilər idarəsindən bildirdilər ki, dələduzlar bəzi yerlərdə hətta kassa aparatlarına da müdaxilə ediblər. Qeyd edək ki, dəstəyə rəhbərlik edən Akif Rzayev 2006-cı ildə də dələduzluq faktı ilə məsuliyyətə cəlb olunub. Onların fırıldaqlarına məruz qalanların sayı isə hələlik məlum deyil. Buna görə də Yevlax polisi bu şəxsləri efir vasitəsilə tanıdıqdan sonra aldadılan bütün insanların şöbəyə müraciət etməsini xahiş edir.




13:00 / 20.04.2012     Çap et  Çap et