Lider TV

Naxçıvanda Mirzə Cəlil günləri keçrirlir


Naxçıvanda Mirzə Cəlil günləri keçrirlir. Naxçıvan Dövlət Universitetinin təşəbbüsü ilə baş tutan tədbirlərdə Naxçıvan Yazıçılır Birliyi, Cəlil Məmmədquluzadə adına ədəbiyyat muzeyi də fəal iştirak eidr. Bir neçə gün davam edəcək tədbirdə tələbə rəssamların böyük Molla Nəsrəddinə həsr edilən karikaturaları, ədibin həyatı və yaradıcılığını əks etdirən kitabların sərgisi təşkil olunub. Məqsəd Cəlil Məmmədquluzadənin azərbaycançılıq məfkurəsinin təbliği, yaradıcılığının gənc nəslə olduğu kimi çatdırılmasıdır. Naxçıvan Dövlət Universitetində təşkil edilən elmi konfransdan sonra tələbə teatr studiyasının kollektivi ədibin Danabaş kəndinin müəllimi əsərdindən bir hissəni oynayıblar. Cəlil Məmmədquluzadə günləri artıq 11-ci ildir ki keçirilir.




13:00 / 20.04.2012     Çap et  Çap et