Lider TV

Detektiv ədəbiyyatın yaranmasından 171 il ötür


171 il əvvəl, məhz bu gün ədəbiyyatın detektiv adlandırılan maraqlı bir janrı yaranıb. Bu janr Azərbaycana gec gəlsə də, böyük inkişaf yolu keçib. Ölkəmiz indi öz detektiv yazarı ilə dünyada tanınır. 21 yaşlı əfsələddin detektiv həvəskarıdır. Yaşının elə də çox olmasına baxmayaraq, indiyədək bu janrda onlarla kitab oxuyub. Deyir, detektiv janr oxucunu düşünməyə vadar edir. Amma müasir gənclər arasında detektiv ədəbiyyata maraq birmənalı deyil. Çoxları hesab edir ki, bu əsərlər reallıqdan uzaq olur. Detektiv ədəbiyyat müxtəlif kriminal hadisələrin bədii təsviridir. Hər bir əsər həyatdan qaynaqlandığı kimi detektiv janr da cəmiyyətdə baş vermiş cinayətlərin ustalıqla qələmə alınmasıdır. Bəs, cinayət hadisələrinin bədii ədəbiyyata gətirilməsi oxucuya nə verir? Kitablar insan düşüncəsinə təsir göstərir. Bu fikri hamı qəbul edir. Belə olan halda detektiv ədəbiyyat iradəsi zəif olan insanları cinayətə sövq etmirmi? Dünyada tanınan detektiv yazar Çingiz Abdullayev bununla razılaşmır. Detekiv ədəbiyyata münasibət birmənalı olmasa da, o, inkişaf edir. Həm Azərbaycanda, həm də dünyada oxucu kütləsi genişlənir. Qeyd edək ki, dünyada ilk detektiv əsər edqar ponun 1841-ci ilin bu günü nəşr edilmiş «Morq küçəsindəki qətl» kitabıdır. Azərbaycanda isə ilk belə əsər 1966-cı ildə nəşr olunmuş «Qara volqa» hesab edilir.




13:00 / 20.04.2012     Çap et  Çap et