Lider TV

Naxçıvanda tarixi abidələr təmir-bərpa olunaraq yenidən qurulub


Son illər Naxçıvanda əlliyə qədər tarixi abidə təmir-bərpa olunaraq yenidən qurulub. Muxtar Respublika ərazisində aparılan arxeoloji araşdırmalar nəticəsində iki yüz minə yaxın abidə haqda müfəssəl məlumat əldə olunub. Yeni nəşr edilən Naxçıvan ensklopediyasında 550 abidə haqda informasiya salınıb. Bu faktlar AMEA Naxçıvan bölməsinin beynəlxalq abidələr və tarixi yerlər günü münasibətilə keçirdiyi tədbirdə səslənib. Bildirilib ki, ekspedisiya işləri bu il də davam edəcək. Amerika, Norveç, Suriya və Fransadan gələn mütəxəssislər yerli arxeoloqlarla birlikdə tədqiqat işləri aparacaqlar. Məqsəd Naxçıvanda olan bütün abidələri pasportlaşdırmaqdır.




16:00 / 18.04.2012     Çap et  Çap et