Lider TV

«Bakı kristall zalı»-nda son tamamlanma işləri gedir


«Avroviziya 2012» mahnı müsabiqəsinin keçiriləcəyi «Bakı kristall zalı»-nda son tamamlanma işləri gedir. Eurovision.az saytının yaydığı məlumata görə hazırda arenanın daxilinə asfalt döşənir. Tikinti işləri tam yekunlaşdıqdan sonra məkan şou hazırlıqları üçün təhvil veriləcək. Qeyd edək ki, «Bakı krsital zalı»-nın yaxınlığında inşa olunan mətbuat mərkəzində də işlər yekunlaşmaq üzrədir. Burada jurnalistlərin çalışması və istirahəti üçün hər bir məsələ nəzərə alınıb. Zal çox sayda rəngərəng işıqlandırma sistemi ilə bəzədilib. Kompleksin fasadı üzərinə rəngli işıqlar quraşdırılır. Səhnəyə çıxacaq iştirakçı ölkəni elan edərkən həmin ölkənin bayrağının rəngələrini fasad üzərində əks etdirmək mümükün olacaq. «Bakı kristal zalı»-nın fərqləndirici xüsusiyyətləri ondan ibarətdir ki, onun işıq saçan billur görüntüsü olacaq. Məkan may ayına qədər müsabiqəyə tam hazır olacaq.




13:00 / 06.04.2012     Çap et  Çap et