Lider TV

Homs şəhərində Beynəlxalq Qızıl Xaç Komitəsinin yerli şöbəsinin binası yanıb


Suriyanın Homs şəhərində Beynəlxalq Qızıl Xaç Komitəsinin yerli şöbəsinin binası yanıb. Yanğının səbəbi barədə müxtəlif vesiyalar var. «Səna» agentliyinin məlumatına əsasən, hadisə nəticəsində heç kim xəsarət almayıb. Bu arada Misir hökuməti Suriya müxalifətinin silahlandırılmasının əleyhinə olduğunu bəyan edib. «Rəsmi Qahirənin mövqeyi dəyişilməzdir. Misir hökuməti, Suriyada vətəndaş müharibəsinin baş verə biləcəyindən ehtiyatlanaraq, müxalifətin silahlanmasının əlehinədir. Əsas prioritet Suriya xalqının maraqlarının qorunması, ölkənin birlik və sabitliyinin saxlanmasıdır». Bəyanatda belə deyilir.




13:00 / 05.04.2012     Çap et  Çap et