Lider TV

Ölkə çempionatının yüksək liqasında 26-cı turun 5 görüşü keçirilib


Futbol üzrə ölkə çempionatının yüksək liqasında 26-cı turun 5 görüşü keçirilib. İlk altılıqda yarışan komandaların iştirakı ilə baş tutan oyunları meydan sahiblərinin aktivinə yazmaq olar. «Bakı» futbol klubunun təlim-məşq bazasında keçirilən «Bakı» – «Qəbələ» görüşünün 16-cı dəqiqəsində Yannik Kamanan qonaqları hesabda önə keçirib və ilk yarı 1-0 hesabı ilə «Qəbələ»-nin xeyrinə başa çatıb. 57-ci dəqiqədə Uinston Parks akrobatik tullanışla status-kvonu bərpa edib. Oyuna əlavə olunmuş üçüncü dəqiqədə isə «Qəbələ»-nin qapıçısı Pavels Doroşevsin topu əlindən buraxması Aleksandr Şoliçin «Bakı»-nın qələbə qolunu vurması ilə nəticələnib və 1-2 hesabı ilə uduzan «Qəbələ» turnir cədvəlinin liderlərinə yaxınlaşmaq şansını qaçırıb. İlk altılığın digər oyunlarına gəlincə, «Xəzər/Lənkəran» doğma divarlar arasında «İnter»i 2-0 hesabı ilə məğlubiyyətə uğradıb, «Qarabağ» - «Neftçi» matçında isə qalib müəyyənləşməyib 0-0. Hazırda 1-ci altılığa 54 xalla «Neftçi» başçılıq edir. «Qarabağ» 49 xalla 2-cidir. Hərəyə 48 xal toplayan «İnter» və «Xəzər/Lənkəran» 3-4-cü yerləri bölüşürlər. 5-ci yerdəki «Qəbələ»-nin 42, ilk altılığı tamamlayan «Bakı»-nın isə 41 xalı var.




19:00 / 02.04.2012     Çap et  Çap et