Lider TV

Kommunal xərclərin artırılması etirazlara səbəb olub


İsraildə kommunal xərclərin artırılması etirazlara səbəb olub. İşıq, qaz və su haqqlarının artırılmasına etiraz edənlər Təl-Əvəvdə aksiyalar keçiriblər. Aksiyalar zamanı polislə qarşıdurma yaranıb. Onlar baş nazir Benyamin Netanyahunun istefasını tələb ediblər. Nümayişçilər hökumət əleyhinə şüarlar səsləndiriblər. Əllərində məşəllərlə yürüş keçirən aksiyaçılar nəqliyyatın işinə mane olublar. Onların bir qismi Rabin meydanında çadırlar qurub. İsraildə 8 ay əvvəl də analoji nümayişlər keçirilmişdi. Nümayişlərə baxmayaraq son 3 ay ərzində əhaliyə satılan elektrik enerjisinin qiyməti 25 faiz artırılıb.




09:00 / 02.04.2012     Çap et  Çap et