Lider TV

31 mart Saatlı rayonunda qeyd olunub


31 mart soyqrımı günü Saatlı rayonunda qeyd olunub. Rayon mərkəzindəki soyqrım abidəsi önündə düzənlənən tədbirdə çıxış edənlər 94 il əvvəl ermənilərin törətdiyi vəhşiliklərdən söz açıblar. Bildirilib ki, digər bölgələrlə yanaşı, aranda da qırğınlar törədilib. Yüzlərlə insan vəhşicəsinə qətlə yetirilib. 31 mart soyqrım günün təsis olunmasında ümummilli lider Heydər Əliyevin xidmətləri xüsusi vurğulanıb. Şəhidlərin ruhuna dualar oxunub. Sakinlər abidə önünə gül-çiçək düzərək soyqırım qurbanlarına ehtiramlarını ifadə ediblər.




13:00 / 31.03.2012     Çap et  Çap et