Lider TV

Taekvandoçularımız mükafatçılar sırasına düşə bilib


Taekvando üzrə ispaniyanın açıq birinciliyində iştirak edən milli komandamızın 3 üzvü mükafatçılar sırasına düşə bilib. 74 kiloqramda Elvin Məmmədov, 46-da isə Xəyalə Quliyeva gümüş medal qazanıblar. Elvin Məmmədov həlledici final görüşündə yerli idmançı Raul Martinesə uduzub. Xəyalə quliyeva isə yalnız finalda Türkiyə təmsilçisi Rukiyə Yıldırıma məğlub olub. 80 kiloqram çəkidə mübarizə aparan Ramin Əzizov isə bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib çıxıb.




19:00 / 26.03.2012     Çap et  Çap et