Lider TV

Nüvə təhlükəsizliyi üzrə sammit işinə başlayır


Cənubi Koreyada nüvə təhlükəsizliyi üzrə sammit bu gün işinə başlayır. İki gün davam edəcək sammitdə 50-dən çox dövlət və hökumət başçısı və 4 beynəlxalq təşkilatın rəhbəri iştirak edəcək. Sabah isə sammit iştirakçıları nüvə obyektlərinin və materiallarının təhlükəsizliyi, gələcəkdə nüvə enerjisinin təhlükəsizliyi məsələsini müzakirə edəcəklər. Qeyd edək ki, «Fukusima» Atom Elektrik Stansiyasında baş verən qəzadan sonra nüvə təhlükəsizliyi məsələsi hələ də həll olunmamış qalır. Şimali Koreya sammitdə təmsil olunmur. BMT baş katibi Ban Ki Mun və bir sıra dövlət başçıları sammitdə iştirak etmək üçün artıq Cənubi Koreyadadırlar.




09:00 / 26.03.2012     Çap et  Çap et