Lider TV

Gəncədə Novruz baryamı özünəməxsus şəkildə qeyd olunub


Gəncədə Novruz baryamı özünəməxsus şəkildə qeyd olunub. Cavad Xan küçəsindən start götürən tədbirdə qonaqları ilk olaraq Dədə Qorqud və bahar qızı salamlayıb. Sonra Gəncə Dövlət Dram Teatrının təqdim etdiyi tamaşada Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh və Cavad Xanın obrazları canlandırılıb. Arşın malalan və Hacı Qara əsərlərindən ayrı-ayrı səhnələr, xalq tətbiqi sənət nümunələri və rəsm əsərlərndən ibarət sərgi nümayiş olunub. Daha sonra bayram tədbiri gəncənin baş meydanında davam edib. Burada Gəncədə istehsal olunan məhsulların sərgisi, milli mətbəxin ləziz təamları, idmançıların nümunəvi çıxışları tədbiri daha da yaddaqalan edib. Sonra isə şəhərin sosial-ictimai həyatında fərqlənən bir qrup fəala fəxri fərmanlar verilib. Bayram tədbiri konsert proqramı ilə davam edib.




13:00 / 21.03.2012     Çap et  Çap et