Lider TV

Kərimbəyli uşaq bağçası yeni bina ilə təmin olunub


Novruz bayramı ərəfəsində Füzulinin Kərimbəyli kəndinin körpələri ikiqat sevinc yaşayıb. 20 ildən artıqdır fəaliyyət göstərən Kərimbəyli uşaq bağçası yeni bina ilə təmin olunub. Hələ Sovetlər dönəmində inşasına başlanan müəssisə tikilib başa çatmadan erməni işğalına məruz qalıb. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində 45 yerlik tərbiyə ocağı indi müasir standartlara uyğun yenidən qrulub. Açlış mərasimində iştirak edən qonaqlar körpələrə bayram hədiyyələri də paylayıb. Qeyd edək ki, Füzuli rayonunun işğaldan azad olan yaşayış məntəqələrində daha 16 belə müəssisənin yenilənməsinə ciddi ehtiyac var.




13:00 / 17.03.2012     Çap et  Çap et