Lider TV

İran neytron detonatorunu sınaqdan keçirib


Beynəlxalq təzyiqlərə baxmayaraq, rəsmi Tehran nüvə proqramı çərçivəsində fəaliyyətini davam etdirir. Ötən gün İran, Pərçin nüvə obyektində neytron detonatorunu sınaqdan keçirib. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin ekspertlərinin məlumatına görə, hazırda iranlı mütəxəssislər sınaqdan sonra qalan izlərin silinməsi ilə məşğuldurlar. Ekspertlər, onların əlində bu faktları təsdiq edən peykdən çəkilmiş fotoşəkillərin olduğunu iddia edirlər. Onların sözlərinə görə, bu cür sınaqlar yalnız nüvə silahının istehsalı çərçivəsində həyata keçirilə bilər. «Həmas» liderləri isə bir daha bəyan ediblər ki, təşkilat İran və İsrail arasındakı mümkün müharibəyə qarışmayacaq. «Həmasın müharibədə iştirakı məsələsi rəsmən müzakirə edilməyib. Üstəlik İran, özünü müdafiə edə biləcək səviyyədə hərbi potensiala malikdir». Həmas lidrlərindən olan Əhməd Yusif belə deyib. Bir gün öncə digər bir «Həmas» lideri Salah Bərdəvil eyni məzmunlu bəyanatla çıxış etmişdi. «Həmas» rəsmiləri hesab edir ki, İsrail, fövqəldövlətlərin dəstəyi olmadan mühribəyə başlaya bilməz. Bu arada İsrail hərbi təlimlərə başlayıb. Təlimlərdə bunkerləri məhv etmək üçün xüsusi robotlar sınaqdan keçimrilir. Belə bunkerlərin xüsusən Fələstin ərazilərində çox olduğu bildirilir.




13:00 / 08.03.2012     Çap et  Çap et