Lider TV

Vasitəçilər bir aydan sonra yenidən regiona səfər edəcək


ATƏT-in Minsk qrupu həmsədrləri xarici işlər naziri Elmar Məmmədyarovla görüşüblər. Görüşdən sonra Elmar Məmmədyarov bildirib ki, həmsədrlərlə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı müzakirələr aparılıb. Vasitəçilər bir aydan sonra yenidən regiona səfər edəcək. Deyən azərbaycanlı nazirin sözlərinə görə, diplomatların regiona növbəti səfəri zamanı yeni formatda görüşlər keçiriləcək. Elmar Məmmədyarov bildirib ki, Minsk qrupunun yaradılmasının 20 illiyi münasibətilə Avropada konfrans keçirilməsi də planlaşdırılır.




19:00 / 06.03.2012     Çap et  Çap et