/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İqtisadiyyat

Azərbaycan - BTQ-nin texniki təminatçısı

Şriftin ölçüsü:  11px13px15px17px

Bakı-Tibilisi-Qars dəmir yolu xətti, “Qədim ipək yolunun” dəmir poladlar üzərində bərpası, xəyallardan gerçəyə çevrildi. Bu tarixi, strateji layihənin ərsəyə gəlməsində Azərbaycan, sözün əsl mənasında güc nümayiş etdirdi, maliyyə resursları ilə yanaşı, texniki imkanlarını da ortaya qoydu.
Ölkəmiz peşəkar mütəxəssisləri və müasir texniki bazası ilə nəinki dəmir yol xəttinin Azərbaycan ərazisinə düşən 504 kilometrlik hissəsində, həmçinin, Gürcüstan ərazisində inşat işləri həyata keçirib. Bundan əlavə, Bakı-Tibilisi-Qars dəmir yoll xətinin, Azərbaycan və Gürcüstan ərazisində istifadə edilən polad relslər də Azərbaycanda qaynaq olunub.
Relslər Salyanda, “24 saylı rels-qaynaqlama qatarında” hazırlanıb. Buradan Gürcüstana uzunluğu 400 və 800 metrlik relslər göndərilib. Relslərin yerində bir-birinə qaynaq edilməsi də müəssisənin mütəxəssisləri və texnikaları vasitəsi ilə həyata keçirilib. Ümumilikdə Gürcüstanda 183 km məsafədə quraşdırma işləri aparılıb.
Yeni dəmir yol şəbəkəsinin qurulmasında istifadə olunan və uzunluğu 800 metrə çatan dəmir yol relsləri Qafqazda yalnız ölkəmizdə istehsal olunur. Bu ölçülü relslərlə dəmir yol xətlərinin tikilməsi, qatarların rahat hərəkət etməsi ilə yanaşı, iqtisadi baxmdan da əhəmiyyətlidir. İlk növbədə relslər və qatarların təkərlərinin istismar müddəti artır. Eləcə də, yanacağa və təsərrüfatın qurulmasına çəkilən xərclər azalır.
Bunu zəruru edən isə iki qitəni birləşdirən dəmir yolu xəttinin istifadəyə verilməsi ilə azərbaycanın yük və sərnişin daşımada tranzit ölkəyə çevrilməsidir. Bu xidmətləri yüksək səviyyədə həyata keçirmək üçün respublikanın ən uzun dəmir yolu olan Bakı-Böyük Kəsik xətti əsaslı təmir edilir. Artıq yolun 400 km-ə yaxın hissəsi, yeni, 800 metrlik relslərlə təzələnib. Bu işlər hazırda, Kürdəmirdə, dəmir yolunun Sığırlı-Karrar mənzilində aparılır.
Ümumiyyətlə, bu sahədən gələn gəlirləri artırmaq və polad magistrallar vasitəsilə dünyanın dörd bir tərəfinə çıxış əldə etmək üçün dəmir yol təsərrüfatı kompleks şəkildə yenilənir.
Elman Əliyev

13:00 / 07.11.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 7
Bu gün: 1636
Bu ay: 281952
Ümumi: 7061078
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın