/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İqtisadiyyat

Monitorinqlərin nəticələri açınlandı

Şriftin ölçüsü:  11px13px15px17px

2017-ci ilin ilk altı ayı ərzində kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair «Strateji yol xəritəsi”ndə müəyyən edilmiş tədbirlərin 11 faizi icra olunub. Buna baxmayaraq bu sahədə bir sıra problemlər də qeydə alınıb. Bu barədə iqtisadi islahatlaerın təhlili və kommunikasiya mərkəzindən məlumat verilib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ilin yanvar-iyun aylarında kənd təsərrüfatı məhsullarının istehsalı 2,2% , bitkiçilik məhsullarının istehsalı 1,7%, heyvandarlıq məhsullarının istehsalı isə 2,6% artıb. Əkinlərin ümumi sahəsində isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 26,1 faiz artım qeydə alınıb. Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair strateji yol xəritəsində müəyyən edilmiş tədbirlərin 11%- i icra olunsa da, 49% -i yerinə yetirilməyib. Səbəblərə gəlincə....
Kənd təsərrüfatı sahəsində elm, təhsil və informasiya məsləhət xidmətləri sisteminin inkişaf etdirilməsi üzrə icra olunan tədbir yoxdur. Tədbirlərin 38% nin icrasına başlanılıb. 62% i icra olunmayıb.
Mütəxəssislər bildirir ki, strateji yol xəritələri ilə bağlı aparılan monitoruinqin nəticələrinə əsasən ilk yarımillikdə vəziyyət qənaətbəxşdir. Lakin aqrar sahədə yeni maliyyə mexanizminin tətbiqinə ehtiyac var. 2017 ci ilin sonuna kimi aqrar sahədə bir sıra işlərin icrasının yekunlaşacağı proqnozlaşdırılır. Təkcə bu il yox növbəti illəri əhatə edən proqramlar da hazırlanıb. Belə ki, maldarlığın ıntensıv ınkışaf etdırılməsınə daır 2018-2022-cı ıllər üçün dövlət proqramı”nın və “Örüş-otlaq sahələrının və bıçənəklərın səmərəlı ıstıfadə olunmasına daır 2018-2022-cı ıllər üçün dövlət proqramı”nın layıhəsı hazırlanıb. Toxumçuluq haqqında yeni qanun layihəsi beynəlxalq ekspertlərlə birgə ışlənıərək müzakırəyə təqdım edılib. Kənd təsərrüfatı sığortası haqqında yenı qanun layıhəsı hazırlanaraq rəy bıldırılməsı üçün müvafıq dövlət orqanlarına təqdım edılib.
Zümrüd İbrahimova

13:00 / 04.10.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 22
Bu gün: 9968
Bu ay: 107156
Ümumi: 17327609
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın