/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İqtisadiyyat

Daha 6 şirkətimiz Rusiya bazarına çıxdı

Şriftin ölçüsü:  11px13px15px17px

Daha 6 Azərbaycan şirkəti istehsal etdiyi məhsulu Rusiya bazarına çıxara biləcək. Bu, qonşu ölkənin aidiyyati qurumlarının qərarından sonra mümkün olub. Bununla da Rusiya bazarına məhsul çıxaran şirkətlərimizin sayı 20 – yə çatıb.
Rusiyanın Kənd Təsərrüfatı Nazirliyi Yanında Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin qərarı ilə daha 6 Azərbaycan müəssisəsinin adı xidmət tərəfindən aparılan reyestrə daxil edilib. Həmin müəssisələrin istehsal etdikləri məhsulların maneəsiz olaraq Rusiyaya ixrac edilməsinə icazə verilib. Bunnula da, sözügedən reyestrə daxil edilmiş müəssisələrin ümumi sayı 20-yə çatıb.
Rusiyaya məhsul göndərəcək 6 şirkətdən 5 – i regionlarda, 1- i isə paytaxda fəaliyyət göstərir. Azəbaycanı öz məhsulları ilə Rusiyada təmsil etmək şansı qazanan şirkətlərdən biri də 2012-ci ildən fəaliyyət göstərərən «Azprotein foods group»dur. Şirkətin istehsal etdiyi sosis və kolbasaların qonşu ölkəyə ixracına icazə verilib. Şirkət İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə xarici ölkələrdə keçirilən, kənd təsərrüfatı və qida sənayesi sərgilərində iştirak edib və istehsal etdiyi məhsulları Azərbaycan brendi adı altında təqdim edib. Qeyd edək ki, Rusiyaya məhsul ixrac edəcək şirkətlərin sayının artırılması istinamətində tədbirlər davam etdirilir.

13:00 / 18.08.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 11
Bu gün: 25001
Bu ay: 493707
Ümumi: 13318005
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın