/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İqtisadiyyat

Pambıq istehsalının artması yüngül sənayenin dirçəlməsinə zəmin yaradıb

Şriftin ölçüsü:  11px13px15px17px

Son iki ildə aqrar sektorun, xüsusən strateji sahə olan pambıqçılığın inkişafına göstərilən dəsətək sözün əsl mənasında sıçrayış yaradıb. Tamamilə sıradan çıxmaq üzrə olan pambıqçılıq artıq kənd təsəsrüfatının aparıcı sahəsinə çevrilib. Son müşavirədə bu məsləyə toxunan prezident İlham Əliyev “ağ qızıl” istehsalının daha da artırılması ilə bağlı tapşırıqlar verib.
Qaxda keçirilən müşavirədə ölkə rəhbərinin pambıqçılığın inkişafı ilə bağlı səsləndirdiyi fikirlər zəhmətkeşləri bu sahədən beşəlli yapışmağa sövq edib. Dövlətin göstərdiyi diqqət və qayğının ilbəil artdığını görən torpaq mülkiyyətçiləri növbəti il pambıq sahələrini genişləndirmək niyyətindədirlər. Onlardan biri də biləsuvardan olan fermer Rafiq Əzimovdur. O, növbəti əkin ilində pambıq sahəsini daha 10 hektar artırmağı planlaşdırır. Pambıqçılıq rayonu olan Biləsuvarda “ağ qızılın” əvvəlki şöhrətini özünə qaytarmaq üçün kompleks şəkildə tədbirlər görülür. Bu məqsədlə müasir tələblərə cavab verən iki aqropark salınır. Onlardan birində - “Yaşıl ada” adlanan aqroparkın ərazisində bu mövsüm ilkin olaraq 435 hektar sahədə pambıq əkilib. Sözügedən aqroparkda növbəti il əkin yeri 1134 hektara qədər genişləndiriləcək.
Ümumiyyətlə, pambıqçılıq Biləsuvar üçün ənənəvi sahə olduğundan bu rayonda qısa müddətdə yüksək nailiyyətlər əldə olunub. İki il ərzində əkin yerləri 4 dəfəyə yaxın artırılaraq 11 min 400 hektara çatdırılıb. Bunun nəticəsində əhalinin məşğulluq səviyyəsi yaxşılaşıb. Təkcə bu il Biləsuvarda 15 min nəfər mövsümü işlərə cəlb olunub. Respublika üzrə pambıq istehsalına görə ötən il ön sırada olan biləsuvarlı pambıqçılar bu mövsüm də birinciliyi əldən vermək istəmirlər. Dövlətin yaratdığı şəraitdən yararlanan fermerlər artıq bol məhsulun əsasını qoyublar. Praqnoz isə belədir - ən azı tarlalardan 30 min ton ağ qızıl toplamaq. Nəticənin yüksək olması üçün melioratorlar da əllərindən gələni edirlər.
Pambıq istehsalının artması ölkədə yüngül sənayenin dirçəlməsinə də zəmin yaradıb. Nəinki xam pambıq, mahlıc, eyni zamanda, Mingəçevirdə yaranmaqda olan böyük yüngül sənaye kompleksinin fəaliyyətə başlaması nəticəsində hətta ölkəmiz hazır məhsul da ixrac edəcək.

Elman Əliyev

19:00 / 09.08.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 21
Bu gün: 9921
Bu ay: 107109
Ümumi: 17327562
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın