/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İqtisadiyyat

Dünya bankının Azərbaycan üzrə nümayəndəsi icbari tibbi sığortanın tətbiqi ilə maraqlanıb

Şriftin ölçüsü:  11px13px15px17px

Dünya bankının Azərbaycan üzrə nümayəndəsi Nəvid Naqvi Yevlax və Mingəçevirdə icbari tibbi sığortanın tətbiqi ilə maraqlanıb. Əvvəlcə Yevlax mərkəzi rayon xəstəxanasında olan nümayəndə heyəti burada tibbi xidmətin keyfiyyəti ilə yaxından tanış olub. Qonağa pilot layihə haqqında ətraflı məlumat verilib. Nəvid Naqvi bildirib ki, dünya bankı bu layihənin maliyyələşdirilməsinə dəstək verib və bununla bağlı icbari tibbi sığorta üzrə Dövlət Agentliyi ilə sıx əməkdaşlıq davam edəcək. Qonaqlar daha sonra Yevlaxın Xaldan qəsəbəsində yeni yaradılan Ailə Sağlamlıq Mərkəzi və Mingəçevir şəhər mərkəzi xəstəxanasındakı tibbi xidmətlə tanış olublar. İcbari tibbi sığorta modeli bütün Azərbaycan vətəndaşları üçün səhiyyə xidmətlərinin əlçatanlığının təmini və keyfiyyətinin yüksəldilməsi baxımından vacibdir. Burada insanlara tibbi xidmət göstərmək üçün lazımi imkanlar yaradılıb. Pilot layihənin tətbiqindən sonra bu imkanlardan maksimum istifadə olunur.

19:00 / 05.07.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 27
Bu gün: 9630
Bu ay: 106818
Ümumi: 17327271
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın