/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İqtisadiyyat

Aqrar elm və informasiya məsləhət mərkəzi yaradılıb

Şriftin ölçüsü:  11px13px15px17px

Kənd təsərrüfatı nazirliyinin xətti ilə Kürdəmirdə aqrar elm və informasiya məsləhət mərkəzi yaradılıb. Mərkəz 9 rayonu əhatə etməklə fermer və kənd sakinlərinə keyfiyyətli kənd təsərrüfatı məhsullarının yetişdirilməsində elmi-təcrübi baxımından yardımçı olur. Mərkəz bu ilin aprelindən etibarən müasir istixana qurmaqla burada 13 min ədəd xiyar şitili əkib. Məqsəd kənd zəhmətkeşlərini tərəvəzçilik, əkinçilik sahəsində olan müasir texnoloji yeniliklər, məhsuldar sortlar barədə məlumatlandırmaq, rəqabətə davamlı və ixracyönümlü məhsullar yetişdirməkdir. Mərkəzdə xiyarla yanaşı, digər tərəvəz bitkiləri üzərində də təcrübələr aparılır. Onların vegetasiya müddəti, bioloji məhsuldarlığı, xəstəliyə dözümlülüyü və becərilmə texnologiyası göstərilir. Hazirda bu metoddan bəhrlənənlərin hesabına rayonda 4 hektara yaxın sahədə istixanalar quraşdırılıb. Belə təsərrüfatlar ilkin ödəniş 20 faiz olmaqla lizinq yolu ilə fermerlərə, kənd sakinlərinə təklif edilir. Əhali əsasən pomidor, xiyar, paxlalı bitkilərin əkininə üstünlük verir. Aqrar elm və informasiya məsləhət mərkəzində, həmçinin ilk dəfə olaraq təcrübə məqsədilə 91 hektar sahədə “Fləş” pambıq sortu əkilib. Qeyd edək ki, rayon üzrə ötən il 1900, bu il 4 min hektar sahədə “Ağ qızıl” türk pambıq sortu əkilib. Sözügedən mərkəzdə yetişdirilən «Fləş» sortu effektli olarsa, gələcəkdə bütün pambıq sahələri bu sortla əvəzlənəcək. Bundan başqa, emal müəssislərinin tələbi nəzərə alınmaqla həm texnoloji, həm sənaye əhəmiyyəti yüksək olan sortların da təcrübə mərkəzində sınaqdan keçirilməsi nəzərdə tutulub.

13:00 / 09.06.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 18
Bu gün: 3554
Bu ay: 310232
Ümumi: 13799848
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın