/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İqtisadiyyat

Pambıqçılığın inkişafı sosial duruma müsbət təsir göstərir

Şriftin ölçüsü:  11px13px15px17px

Son iki ildə aqrar sahənin inkişafına dövlət dəsətəyinin artırılması bir vaxtlar aparıcı sahələr hesab edilən, sonralar isə tənəzzülə uğrayan ənənəvi təsərrüfatları yenidən dirçəldib. Onlardan biri pambıqçılıqdır. “Ağ qızıl”ın əvvəlki şöhrətinin yenidən bərpa edilməsi artıq ölkəyə valyuta gətirməklə bərabər, həm də əhalinin məşğulluğuna müsbət təsir göstərib. Bir zamanlar pambıqçılıq rayonu kimi tanınan Salyanda da bu bitkinin əkini ilbəil genişləndirilir. 2015-ci illə müqayisədə pambıq sahələri 14 dəfə artırılaraq 7 min 60 hektara çatdırılıb. Hazırda həmin ərazilərdə becərmə işləri görülür. Bitkiyə aqrotexniki qulluq üçün hər gün plantasiyalara 3 mindən çox işçi çıxarılır. Onlardan biri, Şərəf İbrahimova deyir ki, gündəlik olaraq ailədən 2 nəfər becrəmədə çalışır. Və zəhmətlərinin bəhrəsi olaraq bir ay ərzində ailə büdcələrinə 600 manat xeyir gətirirlər. Ümumiyyətlə, pambıqçılıq əmək tutumlu sahələrdən hesab olunur. Normaya uyğun olaraq hər hektar sahədə mövsüm bitənə kimi 2-3 nəfər işləyir. Yığım zamanı isə işçiyə tələbat bir neçə dəfə artır. Məsələn, mütəxəssislər deyirlər ki, Salyanda bu il pambıq yığımına 13 minə yaxın adam cəlb ediləcək. Bu da öz növbəsində minlərlə ailənin maddi durumunun yaxşılaşmasına kömək olacaq. Bir vaxtlar kəndlərdə fəaliyyət göstərən pambıq tədarük məntəqələri bərpa edilir. Ölkə üzrə hazırda 24 pambıq məntəqəsi tikilir. Belə obyektlərdən biri də Salyanın Qızılağac kəndində inşa olunur. 10 hektar ərazini əhatə edən tədarük məntəqəsində bir dəfəyə 8 min tona yaxın ağ qızıl saxlamaq mümkün olacaq. İstifadəyə verilməsi ilə isə, 60 nəfər daimi işlə təmin ediləcək. Pambıqçılığın inkişafı təkcə bu sahə ilə məşğul olanların deyil, rayonların, həmçinin bütövlükdə ölkənin iqtisadi imkanlarını genişləndirir. Çünki pambıq həm də ixractutumlu olduğundan, respublikaya valyuta gətirir. Bundan başqa ölkədə yeni sənaye sahələrinin, emal müəssisələrinin yaradılmasını zəruri edir. Ümumiyyətlə, bu il ölkə üzrə 140 min hektardan çox ərazidə pambıq əkilib. Və ən azı 200 min nəfərdən çox işçi pambıq plantasiyalarında mövsümü işlərə qoşulub.

19:00 / 07.06.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 16
Bu gün: 339
Bu ay: 362070
Ümumi: 13186368
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın