/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İqtisadiyyat

Hərracda necə iştirak etmək olar?

Şriftin ölçüsü:  11px13px15px17px

İndi ölkədə hazır infrastrukturu, avadanlıqları və tikililəri olan dövlət müəssisəsinin yeni sahibinə çevrilmək olduqca asanlaşıb. Bunun üçün dövlət əmlakının özəlləşdirilməsi prosesində iştirak kifayətdir. Əmlak məsələləri dövlət komitəsi 2016-cı ilin 14 sentyabrından bu günə kimi 12 hərrac keçirib. Hərraclara müxtəlif çeşiddə 700-ə yaxın dövlət əmlakı çıxarılıb. Bununla yanaşı, ölkə prezidentinin sərəncamına əsasən ümumilikdə 352 yeni dövlət müəssisə və obyekti də özəlləşməyə açılıb. Məqsəd özəl investisiyalar hesabına iqtisadi aktivliyi yüksəltmək, müəssisələrin fəaliyyətini canlandırmaq, yeni iş yerlərinin açılmasına təkan verməkdir. Komitə bu hədəflərə nail olmaq üçün 2017-ci ildə də prosesi davam etdirəcək. Artıq ilin ilk hərracı da elan olunub. Hərraclara qoşulmaq olduqca asandır. Bunun üçün vətəndaşlar və potensial investorlardan cəmi 2 sadə proseduru yerinə yetirmək tələb olunur. Əvvəlcə özəlləşdirmə portalı üzərindən əmlakı seçib sifariş vermək, daha sonra isə 10% məbləğində behi elektron qaydada ödəmək lazımdır. Xatırladaq ki, elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.

13:00 / 05.01.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 21
Bu gün: 198
Bu ay: 361929
Ümumi: 13186227
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın