/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İqtisadiyyat

VII Azərbaycan-Rusiya regionlararası forumu keçirilir

Şriftin ölçüsü:  11px13px15px17px

Rusiya -Azərbaycan arasında əlaqələr genişlənir. Bakıda keçirilən 7-ci Azərbaycan-Rusiya regionlararası forumu hər iki ölkənin prezidentinin diqqət mərkəzindədir. Bu fikirləri prezidentin köməkçisi Əli Həsənov jurnalistlərə açıqlamasında səsləndirib. Bakıda keçirilən vıı Azərbaycan-Rusiya regionlararası forum iki ölkə arasında münasibətlərin inkişafı üçün mühüm meydandır. Regional münasibətlərin bu günkü vəziyyətində bu forum vacıbdir və hər iki ölkənin maraqlarına cavab verir. Dövlət başçısı İlham Əliyevin forum iştirakçılarına ünvanladığı məktubda isə bildirilir ki, forum hər iki ölkə üçün maraq kəsb edən sahələri əhatə edir. Azərbaycan və Rusiya güclü iqtisadi potensiala və birgə iş təcrübəsinə malikdir. Dövlət başçısı forumun konstruktiv müzakirələrə şərait yaradacağına, ölkələrimizə töhfə verəcəyinə ümid etdiyini qeyd edib. Rusiya prezidenti vladimir putinin məktubunda isə prezident qeyd edib ki, forumda iqtisadi və maliyyə əməkdaşlığının genişləndirilməsi, elm, təhsil və mədəniyyət sahələrində korporativ əlaqələrin dərinləşdirilməsi kimi vacib məsələlər öz əksini tapacaq. Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin isə çıxışında bildirdi ki, Rusiya-Azərbaycan regionlararası forumu əməkdaşlığın yeni yollarını tapmaq üçün geniş imkanlar yaradır. Qlobal iqtisadi böhran fonunda bu gün ölkələr öz büdcələrinə yenidən baxırlar. Bu kimi tədbirlər mövcud imkanların təkmilləşdirilməsi üçün yeni yollar formalaşdırır. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu isə iki ölkə arasında münasibətlərin gələcəkdə bir çox sahədə inkişaf edəcəyinə ümüd edir. Azərbaycan Rusiya arasında əməkdaşlığa dair bir sıra sahələr üzrə 12 sənəd imzalandı. Qeyd edək ki, foruma Rusiyanın 9 subyektindən 250-dən çox, Azərbaycan tərəfdən isə 300-ə yaxın iştirakçı qatılıb.

Zünrüd İbrahimova

19:00 / 01.11.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 20
Bu gün: 3432
Bu ay: 472138
Ümumi: 13296436
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın