/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İqtisadiyyat

Oksigen zavodu açılıb

Şriftin ölçüsü:  11px13px15px17px

«Baku Steel Company” Məhdud Məsuliyyətli Cəmiyyətin Oksigen Zavodunun açılışı olub. Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib. Zavod dünyanın bu sahədə ən qabaqcıl şirkəti olan “Air liquide” -nin avadanlığı ilə təchiz olunub. İnşası yerli şirkətlər tərəfindən aparılan müəssisənin istehsal gücü saatda 5 min kubmetrdir. Burada istehsal ediləcək oksigen kimyəvi tərkibinə görə çox yüksək təmizliyə malikdir və “Baku Steel Company”-nin artan istehsal gücünü tam ödəməklə yanaşı, elektrik qövs sobasında kimyəvi enerji kimi istifadə edilir. Bu isə elektrik enerjisi məsrəfinə qənaət etməyə imkan verir. Dövlətbaşçısı ilham əliyev zavodu işə salan düyməni basdı. “Baku Steel Company” MMC ölkəmizin qeyri-neft sektorunda ən böyük vergi ödəyicilərindəndir. Burada son illərdə aparılan yenidənqurma işləri nəticəsində şirkətin illik istehsal gücü 250 min tondan 1,100 min tona çatdırılıb. Prezident İlham Əliyev polad istehsalı sahəsində məhsulun hazırlanması prosesi ilə tanış oldu. Bu il “Baku Steel Company”-də tikişsiz boru istehsalı üçün xammal olan dairəvi pəstahların hazırlanmasına başlanılıb. Hazırda diametri 130, 170, 190, 220 millimetr olan dairəvi pəstahlar müvafiq polad markalarına uyğun olaraq istehsal edilir. Dövlət başçısı burada istehsal olunan məhsullara baxdı.Daxili və xarici bazarın polad məmulatlarına tələbatını nəzərə alan “Baku Steel Company” istehsal olunan məhsulun çeşidini genişləndirib. Bu məqsədlə zavodda iki yeni yayma xətti quraşdırılaraq çoxçeşidli künclük, şveller, ikitavrlı şveller və yayma məftil məhsullarının istehsalına başlanılıb. Eyni zamanda, müəssisədə müxtəlif markalı polad pəstahlar, diametri 10-32 millimetr olan armaturlar istehsal edilir. İxrac siyasətini hər zaman inkişaf etdirən şirkət məhsullarını Rusiya, Gürcüstan və digər ölkələrin bazarlarına çıxarır. Müəssisə ilə tanış olan dövlətimizin başçısı kollektivə uğurlar arzuladı.

19:00 / 13.10.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 30
Bu gün: 7258
Bu ay: 275299
Ümumi: 13764915
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın