/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İqtisadiyyat

Daxili turizm inkişaf edir

Şriftin ölçüsü:  11px13px15px17px

Bu il keçən illə müqayisədə yerli vətəndaşlar ölkə daxilində istirahət etməyə daha çox üstünlük verir. İlkin səbəb turizm infrastrukturunun yaxşılaşdırılması, regionların turist qəbul etmə imkanlarının bir qədər təkminləşdirilməsidir. Azərbaycanın digər ölkələrlə müqayisədə təhlükəsiz və stabil mövqe tutmağı həm yerli, həm də xarici turistlərin seçimlərinə müsbət təsirini göstərib. Gün ərzində 2-3 minlik, xarici turist axını ilə yanaşı bu il ölkə vətəndaşları da turizm sektoruna kifayət qədər dəstək olub. Daxili turizmin inkişafına səbəb olan digər təkanverici qüvvə isə durmadan artmaqda olan agentliklərdir. Rəqabət mühiti tələbata uyğun seçimləri, eyni zamanda keyfiyyət meyarını da yüksəldir. Mövsümə uyğun alternativlər yerli turistləri ölkə daxilində istirahətə cəlb edir. Məhdud zamanı olanlar, qrup halında gəzintiyə üstünlük verənlər eyni zamanda xidmətə uyğun qiymətlərin təqdim edilməsi yerli sakinlərə həftə sonu bölgələrə səfər etmək üçün uyğun variant sayılır. Mütəxəsislərin fikrincə bu illik göstərici qənaətbəxşdir. Lakin ölkə iqtisadiyyatına gəlir gətirə bilməsi üçün yerli turizmin qət etməli olduğu yollar da var. Qeyd edək ki, canlanmaqda olan ölkə daxili turizm yerli sahibkarları cəlb etməyə başlayıb. Mütəxəsislər kapital axının kifayət qədər artdığını, bu sahəyə yaranan yerli və xarici sahibkar marağının yaxın gələcəkdə daha böyük nəticə verəcəiyini bildirirlər.

13:00 / 25.08.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 22
Bu gün: 1540
Bu ay: 377108
Ümumi: 11359569
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın