/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İqtisadiyyat

Kredit kartlarından necə istifadə etməli?

Şriftin ölçüsü:  11px13px15px17px

Ölkədə kredit kartlarından istifadə halları dövrün tələblərindən asılı olaraq daha da çoxalır. Bununla paralel olaraq müştərilərin kredit kartları ilə bağlı şitkayətləri də artıb. Yanlış istifadə, məlumatsızlıq borcların ikiqat artmasına səbəb olur. Kredit kartları ilə bağlı narazılığın kökündə isə bir qayda olaraq bankla müştəri arasında yaranan müəyyən anlaşmazlıq durur. Kredit kartlarından düzgün istifadə olunmaması, müştərinin kartın şərtləri barədə məlumatlı olmaması borclarını müəyyən olunmuş vaxtda ödəməməsinə, hətta artmasına belə səbəb olur. Sonda məlum olur ki, müştəririnin ödədyi pulunun əksər hissəsi faizə hesablanıb əsas borcdan çox az bir hissəsi silinib. Emil Əzizov da 5-ilə yaxındır ki, kredit kart istifadəçisidi. O götürdüyü məbləği 1 ilə qaytarmağı planlaşdırsa da buna nail ola bilməyəb. Hər dəfə borcunu bağladığını düşünən müştəri banka müraciət edəndə borcunun qurtarmadığını öyrənib. Problemlə bağlı banka müraciət etdik və məlum oldu ki, nəğd kreditdən fərqli olaraq kredit kartlarında bankın hər ay müştəridən istədiyi məbləğ əsas məbləğ deyil, həmin məbləğin fazidir. Həmçinin faizlər gündəlik hesablanır. Hər ay müştəri bankın SMS vasitəsilə tələb etdiyi puldan artıq məbləğ ödəmirsə əsas borcdan silinmir, elə banka borclu olaraq da qalır və gündəlik faizlər hesablanır. Ekspertlər kredit kartından istifadə edərkən insanları diqqətli olmağa və bu kartdakı məbləği tez bağlamağı məsləhət görürlər. Həmçinin kredit müqaviləsinin şərtləri ilə tanış olmaq məsləhət görülür. İstənilən halda bank işçisi müştərinin suallarını cavablandırmağa borcldu. Müştəri kredit kartı ilə bağlı hər hansı sualı və problemi varsa yerində araşdırmalı, hər hansı cavab tapmasa aidiyyatı qurumlara müraciət edə bilər. Əgər bankla bağlı hər hansı qanunsuzluq aşkar olunarsa bu, bankın nüfuzuna birbaşa zərbədir, belə bir hal sübut olunarsa müştəri böyük məbləğdə təzminat ala və həmin banka ciddi sanksiyalar qoyula bilər.

13:00 / 23.08.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 18
Bu gün: 12348
Bu ay: 181503
Ümumi: 14315864
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın