/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İqtisadiyyat

Turistlərin sayı artıb

Şriftin ölçüsü:  11px13px15px17px

Bu il ölkəmizə gələn turistlərin sayı əvvəlki ildəkindən dəfələrlə artıq olub. İlin birinci yarısında ölkəmizi 972 min turist ziyarət edib. Xüsusilə körfəz ölkələrindən olan turistlər üstünlük təşkil edir. Onları ölkəmizə cəlb edən nədir? Və ümumiyyətlə Azərbacan bu qədər turisti qarşılamağa hazırdımı? Son günlər paytaxtda ərəb turistlərin sayı artıb. Yəqin ki, çoxlarınız şəhərdə gəzərkən onlarla rastalşmısız. Doğrudur əhali arasında onlara münasibət birmənalı olmasa da gələn hər bir turist ölkə iqtisadiyyatı üçün qazanc deməkdir. Təkcə mayda ölkəmizə səfər edən turistlərin sayı ötən illə müqayisədə 30 dəfə artıb. Bu ilin 6 ayında əcnəbi qonaqlarımızın sayı 972 min nəfər olub. Onlar arasında Rusiya, ərəb ölkələri və İrandan gələnlər çoxdur. Xüsusilə ərəb turistləri ölkəmizə cəlb edən səbəblər müxtəlifdir. Kimisi dəbdəbəli restoranlar, ticarət mərkəzlərini, kimisi isə ölkədəki sabitliyi və təhlükəsizliyi əsas göstərir. Qiymətlərdən isə razıdırlar. Ölkənin bu qədər turisti qarşılamaq üçün imkanlarına gəldikdə isə, bu sahədə vəziyyət elə də ürəkaçan deyil. Xüsusilə 2-3 ulduzlu otellərin və qonaq evlərinin az olması ciddi problemdir. Qeyd edək ki, ölkəyə hazırki turist axınıın sentyabrın sonuna qədər davam edəcəyi gözlənilir.

13:00 / 11.08.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 33
Bu gün: 14598
Bu ay: 336257
Ümumi: 11863025
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın